«Böyük Səhnə»

“Böyük səhnə” – Azərbaycan teleməkanında və ölkənin şou-biznesi tarixində anoloqu
olmayan yeni beynəlxalq musiqi layihəsidir.

 

“Böyük səhnə” – sadəcə istetad-şousu deyil, bu çox qısa vaxt ərzində yetişmiş ifaçıya
çevrilmək imkanıdır. Layihənin məqsədi yeni ulduzları kəşf etmək və onlara Avropada peşəkar təhsil almaq, Avropanın və dünyanın ən yaxşı şou-biznes mütəxəssisləri ilə işləmək, bütün mərhələlərdən keçərək beynəlxalq ulduzlardan ibarət münsiflər heyəti qarşısında möhtəşəm şouda çıxış etmək imkanı verməkdir.

 

Öz istedadını göstərmək, dünya səviyyəli məşhur ifaçılar, stilistlər və rəqqaslar ilə
işləyərək onu inkişaf etdirmək uğrunda ölkənin ən yaxşı vokalçıları mübarizə aparacaq.
Layihənin kulminasiyası isə, ən böyük dünya səhnələrinə layiq yeni ulduzun və ya ulduzların
doğuşu olacaq!

 

Kastinqlər bütün ölkədə keçirilib, Bakıdakı super-kastinqin nəticələrinə görə isə üç
superfinalçı 4 həftə ərzində ən yaxşı vokal, xareoqrafiya, aktyor sənəti peşəkarlarından təhsil
alacaq, səhnə obrazını, quruluşunu yaradacaq və dünya şou-biznesi peşəkarları ilə kliplər
çəkəcək. Superfinalçılar məşhur Avropa prodüserlərinin himayəsi və yaradıcı rəhbərliyi altında
hazırlaşacaqlar, dünyanın aparıcı səsyazma studiyalarında mahnı yazdıracaqlar, və ən yüksək
dərəcəli dünya ulduzlarının bəstəkarları ilə bir yerdə mahnı yaradacaqlar. Tamaşaçıların gözləri qarşısında yaranacaq, yeni ulduzların xitləri, bütün Azərbaycanda və onun hüdüdlarından uzaqda yayımlanacaq. Və nəhayət, superfinalda hamı "Böyük Səhnənin Kralı" adını qazanacaq yeni musiqi qəhramanının adını öyrənəcək.

 

Layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları,
vokal, xareoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən
həyata keçirilir. Layihənin ideyası Gənclər və İdman Nazirliyinə məxsusdur, reallaşdırılması
Euromedia şirkəti və ITV telekanalını tərəfindən aparılır.

 

“Böyük Səhnə” ölkənin müsiqi səmasında yeni ulduzları alovlandıracaq. Onların
adlarını tezliklə hamı biləcək!

Tərəfdaşlar